Tehrandan sərt addım: Tramp və Netanyahu barədə cinayət işi
Tehran şəhər Prokurorluğu ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahuya qarşı cinayət işi açıldığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, məlumata görə , ittihamlar İran ərazisinə son hücumlarla bağlı irəli sürülüb.
Prokurorluğun açıqlamasına görə, iş yalnız iki lideri deyil, həm də bu hücumlarla əlaqəli təhrikçiləri, icraçıları, əlbir olanları və iştirakçıları əhatə edir.
Tehran rəsmiləri iddia edir ki, bu şəxslər İranın suverenliyinə qarşı həyata keçirilən hərbi əməliyyatlara görə məsuliyyət daşıyırlar.
Qeyd edək ki, İran daha əvvəl də ABŞ rəsmilərinə qarşı hüquqi addımlar atmağa çalışıb. Məsələn, 2020-ci ildə iranlı general Qasım Süleymaninin öldürülməsi ilə bağlı Tehran prokurorluğu Donald Tramp da daxil olmaqla bir sıra şəxslər haqqında terror ittihamları üzrə order vermişdi.
19:42 09.03.2026
Oxunuş sayı: 51