Trampın İranla bağlı siyasəti tənqid edilib
Britaniyanın “The Telegraph” qəzeti İranda baş verən son hadisələri şərh edərək ABŞ prezidenti Donald Trampın İranla bağlı siyasətini tənqid edib.
Crossmedia.az xəbər verir ki, nəşr yazır ki, İranda yeni liderin seçilməsi Trampın başlatdığı müharibənin nə qədər səhv qərar olduğunu göstərir.
Məqalədə qeyd olunur ki, regionda baş verən hadisələr və siyasi dəyişikliklər ABŞ-nin Yaxın Şərqdəki strategiyası ilə bağlı yeni müzakirələrə səbəb olub.
Qəzetin fikrincə, İran ətrafında yaranmış vəziyyət Vaşinqtonun regiondakı siyasətinin nəticələri barədə yenidən düşünməyə ehtiyac olduğunu göstərir.
19:15 09.03.2026
Oxunuş sayı: 44