İran Kürdüstanında əməliyyat: Silah arsenalı ələ keçirildi
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin şimal-qərbində yerləşən Kürdüstan əyalətində silahlı qrupun zərərsizləşdirildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "IRIB News2" məlumat yayıb.
Bildirilir ki, əməliyyat 7 mart 2026-cı ildə SEPAH-ın “Həmzə Seyid əş-Şühəda” bazası tərəfindən həyata keçirilib və “İmam Zamanın anonim əsgərləri” ilə birgə aparılan kəşfiyyat və profilaktik tədbirlərin bir hissəsi olub.
Məlumata görə, əməliyyat zamanı silahlı qrupun bir üzvü öldürülüb, altı nəfər isə saxlanılıb.
Təhlükəsizlik qüvvələri tərəfindən "Kalaşnikov" avtomatları, "RPG-7" qumbaraatanları və müxtəlif qumbaralar da daxil olmaqla xeyli sayda silah müsadirə edilib.
18:06 09.03.2026
Oxunuş sayı: 50