Vaşinqtondan təhlükəsizlik qərarı: Adanadakı ABŞ konsulluğunda təxliyə göstərişi
ABŞ təhlükəsizlik riskləri səbəbilə Türkiyənin cənubunda yerləşən Adana şəhərindəki konsulluğundan qeyri-zəruri əməkdaşların və onların ailə üzvlərinin ölkəni tərk etməsi barədə göstəriş verib.
Crossmedia.az xəbər verir ki, qərarın İran ətrafında artan hərbi gərginlik və təhlükəsizlik riskləri fonunda qəbul edildiyi bildirilir.
Eyni zamanda ABŞ Türkiyə ilə bağlı Səviyyə 2 – “ehtiyatlı olun” səyahət tövsiyəsini qüvvədə saxlayıb.
17:54 09.03.2026
Oxunuş sayı: 59