Fevralın 9-u BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Danışıqlar zamanı tərəflər İranın BƏƏ və regiondakı digər ölkələrə qarşı davam edən hücumlarını müzakirə ediblər.
Məlumata görə, İranın hərəkətləri dövlətlərin suverenliyini pozur və Yaxın Şərqin təhlükəsizliyi ilə sabitliyinə ciddi təhdid yaradır. Tərəflər bu gərginlik fonunda birgə koordinasiyanın vacibliyini vurğulayıblar.