İsrailin neft anbarlarına endirilən zərbələrdən sonra Tehranda benzin satışına məhdudiyyət tətbiq edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Yerli sakinlərin sözlərinə görə, sürücülərə bir dəfəyə 10 litrdən çox benzin verilməyir.
Bunun nəticəsində bir çox yanacaqdoldurma məntəqələrində kilometrlərlə növbələr yaranıb və gözləmə müddəti bir neçə saata çatıb.