İran Naxçıvana PUA hücumu ilə bağlı növbəti açıqlama verib
İslam Respublikası tərəfindən qonşu ölkələrə heç bir atəş açılmayıb.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Baqai deyib.
"İslam Respublikası tərəfindən heç bir atəş açılmayıb.İran Silahlı Qüvvələri Azərbaycan, Kipr və Türkiyə ərazilərinə zərbələr endirməyib", - o bildirib.
Validə Musayeva
14:48 09.03.2026
Oxunuş sayı: 60