Bəhreyn: İran hücumu su infrastrukturunu hədəfə aldı
İranın həyata keçirdiyi hücum nəticəsində ölkədəki duzsuzlaşdırma zavodlarından biri zərər görüb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki,bu hadisə su infrastrukturunun hədəf alındığı münaqişədə yeni mərhələnin başlanğıcını göstərə bilər.
Məlumata görə, Körfəz ölkələri içməli su təminatında əsasən duzsuzlaşdırma texnologiyasına güvənirlər. Qətər su ehtiyacının demək olar ki, 100 faizini, Küveyt və Bəhreyn təxminən 90 faizini, Oman 86 faizini, Səudiyyə Ərəbistanı isə təxminən 70 faizini duzsuzlaşdırma zavodları vasitəsilə təmin edir.
Bildirilir ki, bu hadisə ABŞ və İsrail qüvvələrinin Qeşm adasında yerləşən İranın duzsuzlaşdırma zavoduna endirdiyi hava zərbələrindən sonra baş verib.
16:40 08.03.2026
Oxunuş sayı: 191