Pakistan İrana zərbə endirə biləcəyini açıqlayıb
Pakistan ordusunun rəisi Asim Munir bildirib ki, İran Səudiyyə Ərəbistanı ərazisinə yenidən hücum edərsə, Pakistan buna cavab verəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, Munir bu barədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşündə danışıb. O, krallığı əmin edib ki, Pakistan regionda gərginliyin artacağı halda İrana qarşı cavab addımı ata bilər.
Məlumatda qeyd olunur ki, xəbərdarlıq İranın mümkün hücumları ilə bağlı narahatlıqlar fonunda səsləndirilib.
16:25 08.03.2026
Oxunuş sayı: 204