ABŞ və İsrail İrana xüsusi əməliyyat qüvvələri göndərmə variantını nəzərdən keçirir
ABŞ və İsrail müharibənin növbəti mərhələsində İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının təhlükəsizliyini təmin etmək məqsədilə bu ölkəyə xüsusi təyinatlı qüvvələrin göndərilməsi variantını müzakirə edir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki ,ABŞ və İsrail rəsmiləri mümkün xüsusi əməliyyat planlarını nəzərdən keçirirlər.
İsrailin müdafiə rəsmilərindən biri bildirib ki, ABŞ Prezidenti Donald Tramp və onun komandası xüsusi əməliyyat bölmələrinin konkret missiyalar üçün İran ərazisinə göndərilməsi variantını ciddi şəkildə qiymətləndirir.
16:05 08.03.2026
Oxunuş sayı: 190