SEPAH: İranın ən azı 6 ay intensiv müharibə aparmaq gücü var
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailə qarşı uzunmüddətli hərbi əməliyyatlar aparmaq imkanına malik olduğunu açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
SEPAH-ın sözçüsü Əli Məhəmməd Naini bildirib ki, İran Silahlı Qüvvələrinin arsenalı ən azı altı ay ərzində intensiv hərbi əməliyyatlar aparmağa kifayət edir. Onun sözlərinə görə, ölkənin hərbi ehtiyatlarına ballistik raketlər, pilotsuz uçuş aparatları (PUA) və hücum gəmiləri daxildir.
Naini qeyd edib ki, hazırlanmış arsenal genişmiqyaslı və uzunmüddətli müharibə ssenarisi üçün nəzərdə tutulub.
SEPAH rəsmisinin sözlərinə görə, indiyədək ABŞ və İsrailə məxsus bazalar və hərbi obyektlər daxil olmaqla 200-dən çox hədəfə zərbələr endirilib. Bu hücumların təxminən 60 faizi regiondakı ABŞ hərbi bazalarına, 40 faizi isə İsrail hədəflərinə yönəlib.
15:43 08.03.2026
Oxunuş sayı: 169