ABŞ Xarq adasının ələ keçirilməsini müzakirə edir
ABŞ Xarq adasının ələ keçirilməsini müzakirə edir.
Crossmedia.az-ın xəbərinə görə Ağ Ev rəsmiləri “Axios” nəşrinə bildiriblər ki, ABŞ İranın Fars körfəzindəki Xarq adasının ələ keçirilməsi məsələsini nəzərdən keçirir.
Xarq adası Fars körfəzində İran sahillərindən 25 kilometr məsafədə yerləşir və strateji baxımdan ölkənin ən vacib neft ixrac terminalı sayılır. Məlumata görə, İranın neft ixracının təxminən 90%-i bu adadan həyata keçirilir, buraxılış gücü isə gündə təxminən 10 milyon bareldir.
ABŞ İranın nüvə arsenalını ələ keçirmək üçün xüsusi təyinatlı qüvvələr göndərməyi də nəzərdən keçirir. Bu planın məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və regiondakı strateji enerji infrastrukturuna nəzarəti təmin etməkdir.
15:30 08.03.2026
Oxunuş sayı: 188