VI “Yüksəliş” müsabiqəsinə həsr olunmuş mətbuat konfransı keçirilib
VI “Yüksəliş” müsabiqəsinə həsr olunmuş mətbuat konfransı keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə müsabiqənin növbəti mərhələsi, qeydiyyat prosesinin başlanması və layihə çərçivəsində tətbiq olunan yeniliklər barədə ictimaiyyətə ətraflı məlumat verilib.
Mətbuat konfransında çıxış edən gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev VI “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verildiyini bildirib. O, çıxışında müsabiqənin əsas məqsədləri, gənc və perspektivli idarəçilərin üzə çıxarılması istiqamətində həyata keçirilən tədbirlər, eləcə də müsabiqənin bu ilki mərhələsində tətbiq edilən yeniliklər barədə məlumat verib.
Qeyd olunub ki, “Yüksəliş” müsabiqəsi ölkədə idarəetmə sahəsində bilikli, peşəkar və təşəbbüskar kadrların müəyyənləşdirilməsi, onların inkişafına dəstək göstərilməsi və dövlət idarəçiliyində səmərəli fəaliyyət göstərən gənclərin üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.
Elmir Heydərli
12:24 06.03.2026
Oxunuş sayı: 440