Bennetdən sərt xəbərdarlıq: Türkiyə İsraili mühasirəyə almaq istəyir
Türkiyə İsrail üçün İrandan sonra yaranacaq yeni təhlükədir.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrailin sabiq baş naziri Naftali Bennet deyib.
Sabiq baş nazir vurğulayıb ki, Türkiyə Suriyanı idarə etməyə çalışır.
Qətərlə birlikdə bölgədə nüfuzunu artırır və digər dövlətlərdə genişlənmə istiqamətində addımlar atır. Bennet deyib ki, bu vəziyyət İsraili mühasirəyə almaq cəhdləri kimi qiymətləndirilə bilər.
O, həmçinin qeyd edib: “Biz bu problemi böyümədən həll etməliyik. Türkiyə Qətərlə birlikdə yeni müsəlman qardaşları kimi təhdid yaradır və buna göz yummamalıyıq”.
Bennetin bu açıqlamaları İsrail-Türkiyə münasibətlərində gərginliyi daha da artıracaq kimi görünür.
14:20 22.02.2026
Oxunuş sayı: 792