Ağ Evdə fikir ayrılığı: Tramp İrana hücum qərarı verib?
Donald Trump İrana hücum etmək barədə qərar verib.
Crossmedia.az xəbər verir ki, bu barədə keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) əməkdaşı John Kiriakou iddia edib
Onun sözlərinə görə, Ağ Ev rəsmisinə istinadən Trampın bazar ertəsi və ya çərşənbə axşamı günü İrana hücum qərarı verdiyi iddia olunur.
Keçmiş MKİ nümayəndəsi bildirib ki, administrasiya daxilində bu qərarla bağlı fikir ayrılığı mövcuddur. Onun sözlərinə görə, vitse-prezident Cey Di Vens və ABŞ Milli Kəşfiyyat direktoru Tulsi Qabbard kimi müharibə əleyhdarı mövqedə təqdim olunan bəzi yüksək vəzifəli şəxslər qərarın qarşısını ala bilməyiblər.
Kiriakou əlavə edib ki, ABŞ dövlət katibi Marko Rubio, müdafiə naziri Pete Hegseth və Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbərliyi fonunda müharibə əleyhinə mövqe zəif qalıb.
13:50 22.02.2026
Oxunuş sayı: 714