Lvovda partlayışlar: Polis əməkdaşı ölüb, digərləri yaralanıb
Lvovda yerli istintaq təcridxanasının yaxınlığında bir neçə partlayış səsi eşidilib. Şəhər hakimiyyətinin məlumatına görə, terror aktı araşdırılır. Bir polis əməkdaşı həlak olub, təxminən 15 nəfər xəstəxanaya yerləşdirilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.İkinci partlayışın polis və təcili yardım maşınları birinci hadisə yerinə çatdıqdan sonra baş verdiyi bildirilir.
İlkin məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları mağazaya soyğunçuluq barədə yalan məlumatdan sonra pusquya düşmüş ola bilərlər. Partlayış zabitlər binaya daxil olarkən baş verib, ardınca ikinci partlayış baş verib.
12:45 22.02.2026
Oxunuş sayı: 560