Superintellekt 2028-ci ilə qədər yarana bilər – Sam Altman
OpenAI-ın baş direktoru Sam Altman “superintellekt”in 2028-ci ilə qədər yarana biləcəyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Altmanın sözlərinə görə, böyük texnologiya şirkətlərinin alimlərini və rəhbərlərini üstələyə biləcək süni intellekt sistemlərinin ilk nümunələri yaxın illərdə ortaya çıxa bilər. O bildirib ki, 2028-ci ilin sonuna qədər insan zəkasından daha güclü hesab edilən texnologiyanın məlumat mərkəzlərində cəmləşməsi mümkündür.
Sam Altman qeyd edib ki, superintellekt inkişaf etdikcə şirkətlərin idarə olunması və elmi tədqiqatların aparılması kimi sahələrdə insanlardan daha effektiv nəticələr göstərə bilər. Bununla yanaşı, o, proqnozun yanlış olma ehtimalını da istisna etməyib.
12:28 22.02.2026
Oxunuş sayı: 577