Donald Tramp administrasiyasına qarşı 186 milyard dollarlıq tarif iddiası
Minlərlə Amerika şirkəti tarif siyasəti ilə bağlı Donald Tramp administrasiyasına qarşı məhkəmə iddiaları qaldıraraq 186 milyard dollara qədər kompensasiya tələb edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki,United States Supreme Court Trampın tarifləri təkbaşına tətbiq etmək səlahiyyətinin olmadığı barədə qərar verdikdən sonra şirkətlər geri ödəmə tələbi ilə kütləvi şəkildə məhkəmələrə müraciət etməyə başlayıblar. Artıq ölkə üzrə 1800-dən çox iddia qaldırılıb.
İddiaçılar arasında Costco, Revlon, Ray-Ban, J.Crew, Prada və Dolce & Gabbana kimi böyük brendlərin də olduğu bildirilir. Hüquqşünaslar qarşıdakı həftələrdə iddiaların sayının daha da artacağını proqnozlaşdırırlar
12:13 22.02.2026
Oxunuş sayı: 735