İsrail İranın məhv edildiyini iddia edir - ŞOK
2024-cü ildə İsrail zərbələri nəticəsində İranın S-300 hava hücumundan müdafiə sistemlərinin məhv edildiyi iddia olunsa da, yeni peyk görüntüləri Tehran yaxınlığında bəzi S-300 buraxılış qurğularının yenidən göründüyünü göstərir.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.
Məlumata görə əsas radarların hələ də olmadığı qeyd olunub. Bu isə sistemlərin ciddi zəiflədiyini və ya sadəcə maket (aldadıcı hədəf) ola biləcəyini göstərir.
Qeyd olunub ki, qurğular işlək olsalar belə, İranın hava müdafiəsi əvvəlki ilə müqayisədə zəif inteqrasiya olunmuş görünür və mümkün gələcək münaqişədə daha həssas vəziyyətdədir.
09:10 22.02.2026
Oxunuş sayı: 523