Ukrayna diplomatiyasında dönüş: Zelenski Yaxın Şərqə açılır
Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerova Türkiyə və Yaxın Şərq ölkələrində tərəfdaşlarla əlaqələrin daha da gücləndirilməsi barədə tapşırıq verib.
Crossmedia.az xarici kiv-ə istinadən xəbər verir.
Zelenski özünün Telegram kanalında yazıb ki, Avropanın bütün proseslərdə iştirakını təmin etmək və onun mövqeyini daha da gücləndirmək üçün səylər sıx şəkildə əlaqələndiriləcək.
“Rüstəmə Umerova Yaxın Şərq və Türkiyədəki dostlarımızla daha sıx əməkdaşlıq etməyi tapşırdım ki, onlar da özlərini prosesə cəlb olunmuş hiss etsinlər və daha çox dəstək göstərə bilsinlər”, – deyə Ukrayna lideri bildirib.
Qeyd edək ki, Rüstəm Umerov Ukrayna rəhbərliyində mühüm vəzifələrdən birini tutur və beynəlxalq tərəfdaşlarla əlaqələrin koordinasiyasında iştirak edir.
23:28 21.02.2026
Oxunuş sayı: 568