Boris Conson Ukraynaya qoşun göndərməyə çağırdı
Keçmiş Baş nazir Boris Conson Böyük Britaniyanı və müttəfiqlərini dərhal Ukraynaya qoşun yerləşdirməyə çağırıb, lakin bu, yalnız “dinc bölgələrə” aid olacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Conson "BBC"-yə verdiyi müsahibədə bildirib:
“Əgər müharibədən sonra, Putin atəşkəsə razılıq verdikdən sonra qoşun yerləşdirmək planımız varsa, niyə bunu indi etməyək?”
Onun açıqlaması Ukrayna məsələsində Qərb ölkələrinin hərbi müdaxiləsi barədə debatları yenidən gündəmə gətirib.
22:57 21.02.2026
Oxunuş sayı: 619