Sanksiyalara son: Venesuela qarşılıqlı anlaşmaya yol açır
Venesuela Amerika sanksiyalarının uzadılmasını rədd edir və ABŞ ilə qarşılıqlı faydalı münasibətlərə çağırır.
Crossmedia.az xəbər verir ki, Venesuela Xarici İşlər Naziri İvan Xil Pintonun açıqlama verib.
Sənəddə deyilir: “Venesuela Bolivar Respublikası, keçmiş ABŞ Prezidenti Barak Obamanın imzaladığı 13692 nömrəli icra sərəncamına uyğun olaraq, 18 fevral 2026-cı il tarixində ABŞ tərəfindən Venesuela ilə bağlı qondarma “milli fövqəladə vəziyyət”in uzadılmasını qəti şəkildə rədd edir”.
Sənəddə vurğulanır ki, Venesuela ABŞ hökumətini beynəlxalq münasibətlərdə konstruktiv və hörmətli rol oynamağa, birtərəfli yanaşmalarından imtina etməyə və hər iki ölkənin xalqları üçün qarşılıqlı anlaşma və qarşılıqlı faydalı münasibətlərə doğru irəliləməyə çağırır.
20:00 21.02.2026
Oxunuş sayı: 642