Taliban qadın və uşaqlara qarşı zorakılığı LEGAL elan etdi
Taliban Əfqanıstanda qadın və uşaqlara qarşı zorakılıqla bağlı yeni cinayət məcəlləsi qəbul edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Məlumata əsasən, yeni qanunda məişət zorakılığı müəyyən hallarda “cəza tədbiri” kimi təsnif olunur və sümüklərin sınmasına və ya açıq yaralara səbəb olmayan fiziki zorakılıq qanuni hesab edilir. Sənəddə “ciddi nəticələrə” gətirib çıxarmayan fiziki təsirlərə icazə verildiyi bildirilir.
Qanunda qadınların qohumlarının evinə sığınması ilə bağlı da məhdudiyyətlər nəzərdə tutulur. Bildirilir ki, ərinin icazəsi olmadan mütəmadi şəkildə atasının evinə gedən və geri qayıtmayan qadın üç ayadək azadlıqdan məhrum edilə bilər.
17:13 21.02.2026
Oxunuş sayı: 574