İspaniyanın hərbi hava qüvvələri yeni nəsil döyüş təyyarəsi ehtiyacını qarşılamaq məqsədilə Türkiyənin inkişaf etdirdiyi KAAN döyüş təyyarəsi proqramına maraq göstərə bilər.
Crossmedia.az bu barədə Fransanın müdafiə mediası "Avia News"-a istinadən xəbər verir.
Bu proqram İspaniyanın gələcəkdə döyüş təyyarəsi ehtiyaclarını təmin etmək üçün potensial variantlardan biri kimi nəzərdən keçirilir. KAAN proqramı Türkiyə tərəfindən milli istehsal imkanları çərçivəsində hazırlanır və müasir texnologiyalarla təchiz olunmuş döyüş təyyarələri istehsalını hədəfləyir.
Hər iki ölkə arasında danışıqların aparılıb-aparılmayacağı barədə rəsmi açıqlama hələ verilməyib.