Zaxarova Qərbin Ukraynanı məhv etmək üçün Zelenskini seçdiyini iddia edib
Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Prezidenti Volodimir Zelenski barədə sərt ittihamlar səsləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Zaxarova “Vesti” nəşrinə müsahibəsində bildirib.
Guya Qərb rəhbərləri Zelenskini Ukraynanı məhv etməyə yönəlmiş planları həyata keçirmək üçün onun prinsipsizliyinə əsaslanaraq seçiblər.
Diplomat iddia edib ki, Qərb tərəfindən mənəvi, etik və fiziki baxımdan asılı olacaq bir şəxsin axtarıldığını və Zelenskinin məhz bu meyarlara uyğun gəldiyini deyib.
Onun sözlərinə görə, Zelenski hakimiyyətə gəlməzdən əvvəl də "xəstə" olub və bu səbəbdən Qərb dairələri tərəfindən Ukrayna dövlətinə və xalqına qarşı yönəlmiş addımlarda istifadə olunur.
Zaxarova əlavə edib ki, normal mənəvi prinsiplərə malik bir şəxsin belə proseslərdə iştirak etməyəcəyini düşünür.
O bildirib ki, belə bir insan hətta siyasətə qoşulsa belə, sonradan bu cür fəaliyyətlərdən imtina edərdi.
Bundan başqa, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zelenskinin narkotik asılılığı ilə bağlı tibbi müayinədən keçmədiyini iddia edib və bu mövzuda təqdim olunan məlumatların təsdiqlənmiş test nəticələrinə əsaslanmadığını vurğulayıb.
23:18 20.02.2026
Oxunuş sayı: 490