Putinin nümayəndəsi Finlandiya prezidentini TƏHQİR ETDİ
Rusiya lideri Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Finlandiya prezidenti Aleksandr Stubb barədə təhqiramiz ifadə işlədib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Dmitriyev, Stubbun Rusiya ilə trilyon dollarlıq müqavilələrin bağlanmasının mümkünlüyünə şübhə ilə yanaşmasına cavab olaraq sosial mediada sərt paylaşım edib.
O yazıb ki, müharibəçi Stubbun beyni rəqəmləri və vaxtı anlamaq üçün çox kiçikdir; o, yalnız saunaları başa düşür.
Finlandiya hələlik bu açıqlamaya rəsmi münasibət bildirməyib.
20:56 20.02.2026
Oxunuş sayı: 585