Rusiya Dmitri Qordonu aradan götürmək istəyib
Moldova və Ukrayna hüquq-mühafizə orqanları birgə əməliyyat keçirərək Ukraynada ictimai xadimlərə sui-qəsd planlaşdıran 10 şübhəlini saxlayıblar.
Bu barədə Crossmedia.az "BBC" yə istinadən xəbər verir.
İstintaq məlumatlarına görə, hədəflər arasında jurnalistlər, fəallar və hərbi kəşfiyyat rəsmiləri var idi. Qeyd olunub ki, Milli Polis Ukraynada Rusiya kəşfiyyat xidmətləri tərəfindən planlaşdırılan yüksək səviyyəli qətllərin qarşısını alıb: "Məqsəd qorxu və ölkə daxilində sabitliyin pozulması idi".
Məlumata görə, şübhəlilər Moldova vətəndaşlarını işə götürərək Ukraynaya gətiriblər və potensial hədəflər haqqında ətraflı məlumat toplayıblar: yaşayış və iş yerləri, səyahət marşrutları və qətl üsulları. Daha sonra onlar Rusiya kəşfiyyat xidmətləri ilə əlaqəsi olan məmurdan təlimat gözləyiblər.
Ümumilikdə 10 şübhəli saxlanılıb. Nəşr iddia edir ki, 34 yaşlı Moldova vətəndaşı gizli döyüş qrupunun təşkilatçısı və koordinatoru olub. O, Rusiyada cəza çəkmiş və orada işə götürülmüşdü, daha sonra Moldovada "Rusiyapərəst qrup"u dəstəkləyib.
Potensial hədəflərdən biri Ukrayna kəşfiyyatının nümayəndəsi Andriy Yusov, digəri isə tanınmış jurnalist və bloqçu Dmitri Qordondur. Qeyd olunur ki, Rusiyada Dmitri Qordon qiyabi olaraq "xarici agent" və "ekstremist" elan olunub və 14 il azadlıqdan məhrum edilib.
17:53 20.02.2026
Oxunuş sayı: 728