Avropada parçalanma: Rusiya sanksiyaları dayandı
Avropa Birliyi Rusiyaya qarşı nəzərdə tutulan 20-ci sanksiya paketi ilə bağlı ortaq mövqe formalaşdıra bilməyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Məlumata görə, Macarıstan, Slovakiya, Malta, Yunanıstan, İtaliya və İspaniya təklif olunan qərara etiraz ediblər.
Bildirilir ki, Malta və Yunanıstan öz tanker şirkətlərinin gəlirlərinin azalması riskini əsas gətirərək tam dəniz blokadasına qarşı çıxırlar. Macarıstan və Slovakiya isə sanksiyaların nüvə energetikası sektorunu əhatə etməsinə etiraz edir.
İspaniya və İtaliya tranzit qadağası ilə bağlı fikir ayrılığı nümayiş etdirir.
Qeyd edək ki, Avropa Birliyində yeni sanksiya paketinin qəbul olunması üçün üzv ölkələrin yekdil razılığı tələb olunur.
16:35 20.02.2026
Oxunuş sayı: 512