Namaz qıldığı üçün məhkəməyə düşdü
Rusiyanın paytaxtı Moskvada Naqatinski Rayon Məhkəməsi bir şəxsin namaz qılması ilə bağlı inzibati iş açıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hadisə 2026-cı il fevralın 18-də baş verib.
Məhkəmənin məlumatına görə, şəxs “müəyyən edilmiş davranış qaydalarını pozaraq dini mərasim keçirib”.
Onun barəsində Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 17.3-cü maddəsinin 2-ci hissəsi (“Hakimin və ya məhkəmə icraçısının göstərişini yerinə yetirməmək”) əsasında iş açılıb və cərimə tətbiq edilə bilər.
15:49 20.02.2026
Oxunuş sayı: 467