ABŞ İrana "ölüm tarixi" təyin edib
Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trump İrana yeni nüvə sazişi üzrə razılaşmanın əldə olunması üçün maksimum 15 gün vaxt verdiyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Fox News televiziya kanalı məlumat yayıb.
2015-ci ildə İran və altı dünya dövləti — ABŞ, Çin, Fransa, Rusiya, Almaniya və Böyük Britaniya — Birgə Hərtərəfli Fəaliyyət Planı adlı sənədi imzalayıblar.
Sənədə əsasən, Tehran nüvə sahəsində müəyyən məhdudiyyətlər götürür, eyni zamanda Beynəlxalq Atom Enerjisi Agentliyi ölkənin nüvə obyektlərinə çıxış və şübhəli ərazilərdə yoxlamalar aparmaq hüququ əldə edirdi. Bunun müqabilində İrana qarşı tətbiq edilən sanksiyaların mərhələli şəkildə ləğvi nəzərdə tutulurdu. Planın müddəti 15 il idi və bu müddət başa çatdıqdan sonra məhdudiyyətlər qüvvədən düşməli idi.
2018-ci ildə Tramp ABŞ-nin sözügedən sazişdən çıxdığını elan edərək onu “pis razılaşma” adlandırıb və sənədin İranın ballistik raket proqramını əhatə etmədiyini bildirib.
2025-ci ildə isə Tramp İranla yeni saziş bağlamaq niyyətində olduğunu bəyan edib.
Turqut Ansari
15:40 20.02.2026
Oxunuş sayı: 458