İran hərbi zərbə ilə üz-üzədir
Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə qarşı genişmiqyaslı zərbə endirilməsi imkanını nəzərdən keçirir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Vaşinqton administrasiyasının rəhbəri İrana qarşı müxtəlif fəaliyyət variantlarını müzakirə edib. Həmin variantlardan biri nüvə obyektləri ilə yanaşı, hərbi və hökumət obyektlərinə güclü zərbənin endirilməsidir.
Qeyd edək ki, Tramp həmçinin İrana qarşı məhdud miqyaslı zərbə endirilməsi imkanını da nəzərdən keçirib. Məqsəd Tehranın Vaşinqton üçün əlverişli şərtlərlə nüvə sazişinə razılaşmasına nail olmaq və eyni zamanda genişmiqyaslı hücumdan yayınmaqdır. Mənbələrin bildirdiyinə görə, belə bir zərbə bir neçə gün ərzində endirilə bilər.
Qeyd olunur ki, ABŞ lideri İrana qarşı hücumla bağlı hələ yekun qərar qəbul etməyib. Fevralın 19-da Tramp İranla razılaşmanın əldə olunması üçün maksimum 15 gün vaxt ayırdığını bildirib.
Turqut Ansari
15:21 20.02.2026
Oxunuş sayı: 476