Çin hökuməti 17 fevral – 31 dekabr 2026-cı il tarixləri arasında turizm, iş və ailə səfərləri üçün Böyük Britaniya və Kanada pasport sahiblərinə vizasız giriş icazəsini yenidən təsdiqləyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yeni qaydaya görə, pasport sahibləri Çində 30 günə qədər qalmaq hüququna malik olacaqlar.
Məlumata görə, Amerika Birləşmiş Ştatları bu vizasız tənzimləmədən kənarda qalan yeganə “Five Eyes” ölkəsi olaraq qalır.