Tramp İranı vurmağa hazırlaşır
ABŞ Prezidenti Donald Tramp İranı nüvə sazişi ilə bağlı tələbləri qəbul etməyə məcbur etmək üçün ilkin mərhələdə məhdud hərbi zərbə endirilməsi variantını nəzərdən keçirir.
Crossmedia.az bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Məlumata görə, planlaşdırılan addım Tehrana təzyiq göstərmək məqsədi daşıyır və genişmiqyaslı müharibəyə səbəb ola biləcək böyük hücumdan daha məhdud xarakterli ola bilər. Bildirilir ki, ilk zərbələr bir neçə gün ərzində həyata keçirilə və əsasən müəyyən hərbi və ya dövlət obyektlərini hədəf ala bilər.
Qeyd olunur ki, əgər İran Vaşinqtonun uranın zənginləşdirilməsinin dayandırılması ilə bağlı tələblərini qəbul etməsə, ABŞ tərəfindən daha genişmiqyaslı hərbi kampaniya başlana bilər. Nəşrin iddiasına görə, belə bir kampaniya Tehrandakı hakimiyyətə qarşı daha sərt addımları da əhatə edə bilər.
Rəsmi Vaşinqton və Tehran məsələ ilə bağlı hələlik açıqlama verməyib.
14:40 20.02.2026
Oxunuş sayı: 663