İranın neft naziri: ABŞ ilə enerji sahəsində əməkdaşlıq istisna deyil
İranın neft naziri Möhsün Paknejad Tehran və Vaşinqton arasında neft-qaz sektorunda mümkün əməkdaşlıqla bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazir bildirib ki, İran və ABŞ arasında davam edən nüvə danışıqları fonunda enerji sahəsində əməkdaşlıq ehtimalı tamamilə istisna edilmir. Onun sözlərinə görə, “hazırda hər şey mümkündür”.
Paknejad qeyd edib ki, Tehran və Vaşinqton arasında neft və qaz əməkdaşlığının reallaşıb-reallaşmayacağı hələlik bəlli deyil. O vurğulayıb ki, proseslərin gələcək inkişafı siyasi və diplomatik danışıqların nəticəsindən asılı olacaq.
Açıqlama iki ölkə arasında münasibətlərin mümkün normallaşması ilə bağlı müzakirələrin intensivləşdiyi bir dövrdə səsləndirilib.
14:24 20.02.2026
Oxunuş sayı: 513