Hakan Fidan: İran və ABŞ arasında razılaşma mümkündür
19 fevral Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasından sonra mətbuata açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Fidan bildirib ki, Türkiyə İran və ABŞ arasında davam edən danışıqları yaxından izləyir və xüsusilə nüvə məsələsində razılığa gəlmək mümkündür.
Bundan əlavə, nazir bölgədə hərbi aktivliyin artdığını diqqətə çatdırıb:
“Bu hərbi fəaliyyətin davam edən danışıqlara təzyiq göstərmək məqsədi daşıyıb-daşımadığını, yoxsa əvvəlcədən planlaşdırılmış hərbi əməliyyata hazırlıq olub-olmadığını diqqətlə izləyirik”.
13:50 20.02.2026
Oxunuş sayı: 566