Böyük Britaniyanın öz hərbi bazalarından ABŞ-nin İrana qarşı mümkün hücum üçün istifadə etməsinə icazə vermədiyi bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Məsələ ilə bağlı açıqlama verən ABŞ senatoru Lindsey Graham Londona xəbərdarlıq edərək bu addımın “özünü tarixin səhv tərəfində qoymaq” anlamına gələ biləcəyini deyib. O bildirib ki, əgər Böyük Britaniya zərurət yaranacağı təqdirdə ABŞ-yə bazalarından istifadə imkanı verməzsə, bu, ciddi strateji suallar doğuracaq.
Qrem çıxışında ABŞ–Böyük Britaniya birgə hərbi bazası olan Dieqo Qarsiyanın statusuna da toxunaraq məsələnin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, daha əvvəl yayılan məlumatlarda da Böyük Britaniyanın ABŞ-nin keçmiş prezidenti Donald Trumpın İrana qarşı mümkün hərbi əməliyyatlar üçün Britaniya Kral Hərbi bazalarından istifadə təşəbbüsünə mane olduğu iddia edilmişdi.