İsrail XİN-dən AÇIQLAMA: Rusiya və Fələstinin yalanları ifşa olundu
İsrailin xarici İilər naziri Gideon Saar Rusiya nümayəndələrinin İsrail və Yəhudi icmalarına dair açıqlamalarına sərt reaksiya verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Saar bildirib ki, Rusiya tərəfindən qanun, beynəlxalq hüquq, işğal və torpaqların genişləndirilməsi barədə danışmaq “əyləncəli” görünür. O, qeyd edib ki, İsrail torpağında yəhudi xalqı qədim zamanlardan yaşayır və Davud şəhəri, Qərb Divar Tunelləri kimi arxeoloji tapıntılar bunu sübut edir.
Nazir, həmçinin Yəhudeya və Samariyada yəhudi icmalarına qarşı yönələn tənqidləri əsassız adlandırıb və İsrailin öz varlığını riskə atmamaq niyyətində olduğunu vurğulayıb. O, Fələstin Muxtariyyətinin uşaqlara və gənc nəsillərə yəhudilərə nifrət aşılayan tədris materiallarından, müqəddəs yerlərin dağıdılmasından narazılıq ifadə edib.
Saar İsrailin mülkiyyət hüquqlarını qoruyan və bərabərliyi təmin edən qərarlarını müdafiə edib, Fələstin dövlətinin heç vaxt mövcud olmadığını, dünya ictimaiyyətinin isə işğal olunmuş ərazilər barədə yanlış təsəvvür yaratdığını bildirib.
O əlavə edib ki, İsrail Məbəd Dağı və Hebrondakı Patriarxların Məqbərəsi də daxil olmaqla ibadət azadlığını təmin etməyə davam edəcək və radikal İslamın İsraili məhv etmək məqsədilə apardığı mübarizəyə qarşı dayanan yeganə güc olaraq qalacaq.
Sa'ar BMT və Qərb ölkələrini birtərəfli və balanssız yanaşmaya son qoymağa çağırıb və beynəlxalq qurumların təsirini qorumağa səsləyib.
16:44 19.02.2026
Oxunuş sayı: 606