Polşa hökuməti öz vətəndaşlarını dərhal İrandan çıxmağa çağırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk bildirib.
O, İranda artan gərginlik və mümkün hərbi münaqişə riski səbəbindən vəziyyətin sürətlə dəyişə biləcəyini qeyd edib. Baş nazir vurğulayıb ki, yaxın saatlarda təxliyə və ya ölkədən çıxış imkanları tamamilə məhdudlaşa bilər.
Tusk öz müraciətində vətəndaşlarına xahiş edib: “Dərhal İranı tərk edin və heç bir halda bu ölkəyə səfər etməyin”.
O əlavə edib ki, böhran dərinləşərsə, Polşa hökumətinin yardım göstərmək və vətəndaşları geri qaytarmaq imkanları ciddi şəkildə çətinləşəcək.