İran Prezidenti Məsud Pezeşkian Lorestan əyalətinə səfəri zamanı iş adamları ilə görüşdə çıxış edib və ölkəsi naminə fəaliyyət göstərməkdən qürur duyduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Pezeşkian vurğulayıb ki, şəhidlikdən qorxmur və belə bir hal baş verərsə, bundan fəxr edəcək:
“Şəhid olmağımızla fəxr edərik. Şəhidlikdən qorxumuz yoxdur. Belə bir şey baş verərsə, qürur duyarıq”.
Dövlət başçısı həmçinin qeyd edib ki, prezident kimi fəaliyyəti asan deyil və təhlükəsizlik səbəbi ilə əvvəlki sərbəst həyat tərzini davam etdirə bilmir. O, ölkənin inkişafı üçün atılacaq addımlardan çəkinməyəcəyini və xalqa xidmət etmək üçün gecə-gündüz çalışmağa hazır olduğunu bildirib.