33 nəfər xaricdə təhsil fürsətindən imtina etdi
Ötən il 33 nəfər xaricdə təhsil üzrə Dövlət Proqramında qalib olsa da, bundan imtina edib.
Crossmedia.az xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, həmin yerləri proqram üzrə qalib olan ehtiyat siyahıdakı şəxslər əvəz ediblər, Dövlət Proqramından yararlanıblar. (Apa)
16:40 16.02.2026
Oxunuş sayı: 549