Dövlət Proqramına sənəd qəbulunun başlama tarixi AÇIQLANDI
2026-2027-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbulunun başlama tarixi müəyyənləşib.
Crossmedia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, sənəd qəbulu aprelin 15-də başlayacaq.
Bildirilib ki, proqrama müraciət üçün əsas şərtlərdən biri bundan əvvəl təqdim olunan siyahıda yer alan universitetlərdən müvafiq sahə və proqramlar üzrə qəbul sənədinin əldə edilməsidir.
Dövlət Proqramı ilə bağlı suallarınıza isə aşağıdakı müvafiq linklərdən istifadə edərək cavab tapa bilərsiniz:
10:58 16.02.2026
Oxunuş sayı: 557