Bu universitetdə vəzifəyə işçi axtarılır
Azərbaycanda ali təhsil müəssisəsi işçi axtarır.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universiteti Sosial idarəetmə fakültəsi üzrə dekan vəzifəsini tutmaq üçün müsabiqə elan edib.
Sənədlər bu gündən 1 ay müddətində saat 10:00-dan 17:00-dək Universitetin İnsan resursları şöbəsinə təqdim edilə və ya [email protected] e-mail ünvanı vasitəsilə elektron qaydada göndərilə bilər.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər: rektorun adına ərizə, kadrlar uçotunun şəxsi vərəqəsi (4x6 sm ölçüdə fotoşəkilli), tərcümeyi-hal, şəxsiyyət vəsiqəsinin surəti, profilə uyğun ali təhsil, elmi dərəcə və elmi ada haqqında sənədlərin notarial qaydada təsdiqlənmiş surətləri, elmi və elmi-metodiki işlərin siyahısı, dekanın (namizədin) müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.
Telefon: 564-42-33 (daxili-115)
Ünvan: AZ1072, Bakı şəhəri, K.Rəhimov küçəsi 822/23-cü məhəllə, otaq 103.
17:40 13.02.2026
Oxunuş sayı: 665