Elm və təhsil naziri İndoneziyanın ölkəmizdəki səfiri ilə bu məsələləri müzakirə edib
Fevralın 12-də elm və təhsil naziri Emin Əmrullayev İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Berlian Helmy ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.
13:05 12.02.2026
Oxunuş sayı: 186