-50°C-də at saxlayan Türk xalqı – Yakutlar niyə gizlənməli oldular?
Rusiyanın ən ucqar yerlərindən birində yerləşən və dəfələrlə rus işğalının ən ağır nəticələrini öz üzərlərində hiss edən və sayca daha çoxluq təşkil edən türk ellərindən biri də Yakut-Saxa türkləridir.
Yakut-Saxa türklərinin sayı təxminən 500 min nəfər hesab edilir. Saxa Respublikası Rusiya Federasiyasının ən böyük regionu, habelə dünyanın ən böyük inzibati vahididir. Əgər Saxa müstəqil dövlət olsa, dünyada ərazisinə görə yeddinci dövlət olardı (3103,2 min km²). Lakin əhali sıxlığına görə Rusiyada ən son yerlərdən birini tutur. 1, 3 milyon nəfər əhalisi olan Saxa Respublikasında yaşayanların 50 faizindən çoxunu, təxminən 570-590 min nəfərini Saxa-Yakut türkləri təşkil edir. Ölkədə yaşayan saxa-yakutların arasında assimilyasiya siyasəti nəticəsində ruslaşmış və özlərini rus hesab edən, ancaq antropoloji cəhətdən türk olduqları aydın hiss edilən çoxsaylı rus-yakutlar var. Saxa Respublikası təbii ehtiyatların çoxluğuna görə potensialı böyük olan bölgədir.
Sibirin sərt və qarlı tundralarında yaşayan (Yakutlar) tarix boyu çətin iqlim və sərt şəraitə dözümləri ilə seçiliblər.
Maraqlı faktlardan biri də odur ki, onlar -50°C-dən aşağı temperaturda at və inək saxlayan nadir türk xalqıdır. Belə ki, milli simvolu ağ turnadır və bu, təbiətə və ruhani dünyaya bağlılığın rəmzidir.
Bundan əlavə, dünyanın ən böyük almazlarından biri – 342,5 karatlıq brilyant – məhz Yakutiyadan çıxarılıb. Saxa bölgəsi həmçinin qızıl, kömür, qaz, gümüş və bakır kimi zəngin yeraltı sərvətlərə malikdir ki, bu da xalqın iqtisadi həyatına böyük təsir göstərib.
Mənşə və tarixi köçlər
Saxaların əcdadları VI əsrdə Baykal gölü ətrafından şimala köç etmiş türk və proto-monqol tayfalarıdır. Tarixi mənbələr onları Kurikanlar və Çin yazılarında Ku-li-kan adı ilə qeyd edir. Baykal gölü ətrafından şimala köçlər XIII əsrdən sonra, Çingiz xan dövründə daha da intensivləşmişdir. Bu köçlər nəticəsində Saxalar yarı-göçəri həyat tərzini və atlı heyvandarlıq mədəniyyətini formalaşdırmışdır.
Arxeoloji tədqiqatlara görə, Sahaların yaşadığı bölgədə ilk insan izləri erkən daş dövrünə qədər gedir. Lena çayı vadisində yarı-göçəri balıqçı və ovçu qruplar yaşamış, geyik ovunu əks etdirən daş rəsmlərdən izlər qalmaqdadır. VI əsrdən başlayaraq türk köklü tayfalar bu əraziyə gəlmiş və burada atlı heyvandarlıq, dəmirçilik, çöməkçilik və zinət əşyaları istehsalını gətirərək iqtisadi həyatı inkişaf etdirmişlər.
Sosial və siyasi quruluş
Saxalar “uruq” adlanan kiçik tayfa birlikləri şəklində yaşayırdılar.
Hər uruğun başında toyon (bəy),
Bütün Saxaların başçısı isə ulu toyon idi.
Ən güclü uruqlar arasında Namaslar, Kangalaslar, Menginlər və Borogonlar yer alırdı. “Toyon” və “Tigin” titulları qədim türk terminlərindən gəlir və liderlik, güc simvoludur.
Saxalar arasında mədəni fərqliliklər də mövcud idi:
Şimal Yakutları əsasən ovçuluq və balıqçılıqla məşğul olurdular,
Cənub Yakutları isə Tunguz və Yukagir tayfaları ilə oxşar mədəni xüsusiyyətlərə malik idilər.
Rus işğalı və Türklərin gizlənməsi
1632-ci ildə ruslar Lena çayı üzərində Lena qalasını tikərək Saxaların torpaqlarına nüfuz etdilər. Məqsəd kürk ticarətini nəzarət altında saxlamaq idi. Saxalar bir neçə üsyan etsələr də, rus kazaklarının odlu silahları qarşısında məğlub oldular. Buna görə də türk tayfaları torpaqlarını və mədəniyyətlərini qorumaq üçün gizlənməli, adaptasiya olmalı və strateji olaraq şimalın sərt bölgələrinə çəkilməli idilər.
XVIII əsrdə Sibir kürklərindən əldə olunan gəlirin 1/3-i xəzinə gəlirlərini təşkil edirdi ki, bu da rusların Saxaları iqtisadi cəhətdən nəzarət altında saxlamasının göstəricisi idi.
Yakutlar rusların siyasi və iqtisadi təzyiqlərinə baxmayaraq dilini, dini inanclarını və şaman ənənələrini qoruyub saxladılar. 1736-cı ildə Yakut Spassk Manastırına bağlı məktəb açıldı, 1819-cu ildə isə Sahaca qısa akaid kitabı nəşr olundu. Sovet dövründə isə Saxa Dövlət Universiteti və elmi araşdırma mərkəzləri fəaliyyət göstərməyə başladı.
Dil və mədəniyyət
Saxa türkcəsi digər türk dillərindən kəskin fərqlənir. Bunun səbəbi erkən ayrılma və Sibir xalqları ilə qarışmadır. Saxalar uzun müddət şamanizm və ənənəvi həyat tərzini qoruyub saxlayıblar. Hətta Sovet dövründə belə, Saxa xalqının milli mədəniyyətinə hörmət göstərilmiş və dil, yazı və folklor elementləri qorunmuşdur.
Müasir Saxa Respublikası
1990-cı illərdə Saxa xalqı dövlət suverenliyini elan etdi, 1991-ci ildə ilk prezident M. Y. Nikolayev seçildi.
Əhali: ~1,38 milyon
Saha payı: 36,9 %
Rus payı: 50,5 %
Digər millətlər: 13 % (ukraynalılar, qazaxlar, tatarlar və azərbaycanlılar)
Rəsmi dillər: Sahaca və Rusca
Paytaxt: Yakutsk (270 min nəfər)
Saxalar – Yakutlar soyuq iqlim və sərt təbii şəraitə baxmayaraq, milli kimliklərini qoruyub saxlamış, iqtisadi və mədəni həyatlarını inkişaf etdirmişdir.
Fatimə Məmmədova
01:35 28.12.2025
Oxunuş sayı: 1127