Putinin güvəndiyi alman siyasətçi Moskvada: diqqətlər bu səfərdə
Almaniyanın keçmiş kansleri Gerhard Şröder Moskvaya səfər edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Almaniyanın NTV telekanalı məlumat yayıb.
Məlumata görə, Şröder iyunun 3-də başlayacaq Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edə və ya Rusiya-Ukrayna müharibəsi ilə bağlı mümkün vasitəçi rolunda çıxış edə bilər.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Şröderi Avropadan mümkün danışıqlar aparıcısı kimi dəyərləndirmişdi.
Lakin Berlində bu təşəbbüs dəstək qazanmayıb. Almaniya kansleri Fridrix Merts bildirib ki, beynəlxalq arenada Avropa İttifaqını təmsil edəcək şəxsləri məhz Aİ özü müəyyənləşdirəcək.
Onun sözlərinə görə, Avropanın adından danışacaq nümayəndələrin seçilməsi ilə bağlı qərarlar Brüsseldə qəbul edilməlidir.
17:45 02.06.2026
Oxunuş sayı: 50