"Araz-Naxçıvan"dan ayrılan futzalçıların sayı beşə çatıb
Azərbaycan Yüksək Liqasının 2025/2026 mövsümünün qalibi olan "Araz-Naxçıvan"dan ayrılan futzalçıların sayı beşə çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Mahmud Sadıqov məlumat verib.
Onun sözlərinə görə, bölgə təmsilçisi son olaraq Filip Avila, Aleks Rezende və Rövşən Hüseynli ilə yolları ayırıb. Onlarla müddəti bitən müqavilələr yenilənməyib.
Xatırladaq ki, "Araz-Naxçıvan" daha öncə Jan Karlos və Elan Delonla yolları ayırmışdı.
18:48 02.06.2026
Oxunuş sayı: 42