Ermənistan Avropaya bir addım da yaxınlaşdı: Brüsseldən milyonlar gəldi
Avropa İttifaqı Ermənistanda viza rejiminin liberallaşdırılması prosesinə dəstək məqsədilə 2,2 milyon avro vəsait ayıracaq.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, maliyyə vəsaiti sərhəd idarəçiliyi, sənəd təhlükəsizliyi və hüquq-mühafizə orqanlarında islahatların həyata keçirilməsinə yönəldiləcək.
Qeyd olunub ki, vəsait iyunun 1-də fəaliyyətə başlayan “Ermənistanda sərhəd idarəçiliyi, sənəd təhlükəsizliyi və hüquq-mühafizə sahəsində islahatlar üzrə viza rejiminin liberallaşdırılması dialoquna dəstək” proqramı çərçivəsində ayrılacaq.
Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan bildirib ki, bu, ölkədə viza liberallaşdırılması prosesini birbaşa dəstəkləyən ilk proqramdır.
Nazirliyin məlumatına görə, proqram Avropa İttifaqının maliyyə dəstəyi ilə Litva tərəfindən Ermənistan Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir.
18:05 02.06.2026
Oxunuş sayı: 44