İspaniya İrana qarşı hərbi addımlarda iştirak etməyəcək
Bu gün İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ölkəsinin İran ətrafında gərginliyin artmasına səbəb ola biləcək hərbi əməliyyatlarda iştirak etməyəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, o bu barədə "Financial Times" qəzetinə verdiyi müsahibədə deyib.
Qeyd olunub ki, Madrid Hörmüz boğazı da daxil olmaqla, bölgədə vəziyyəti daha da mürəkkəbləşdirə biləcək addımlardan uzaq duracaq və müstəqil xarici siyasət kursunu davam etdirəcək.
Albares vurğulayıb ki, beynəlxalq hüquq, dövlətlərin suverenliyinə hörmət və BMT Nizamnaməsi İspaniyanın xarici siyasətinin əsasını təşkil edir.
ABŞ və bəzi Avropa ölkələrinin İspaniyanın İrana qarşı mümkün hərbi əməliyyatlarda iştirak etməməsinə yönəlmiş tənqidlərinə cavab verən nazir bildirib ki, beynəlxalq münasibətlərdə əsas seçim beynəlxalq hüquqa əsaslanan yanaşma ilə onun "cəngəllik qanunu" adlandırdığı yanaşma arasındadır.
18:20 02.06.2026
Oxunuş sayı: 49