Ermənistanda Rusiya oliqarxının tərəfdarına qarşı cinayət işi açılıb
Ermənistanda Rusiya oliqarxı Samvel Karapetyanın tərəfdarı kimi tanınan Alik Aleksanyan saxlanılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, istintaq materiallarına əsasən, Aleksanyan rəhbərlik etdiyi “Bizim qaydada milli dəyərlərin qorunması” adlı qeyri-hökumət təşkilatı vasitəsilə 2025-ci ilin sentyabrından 2026-cı ilin mayına qədər təxminən 1400 nəfəri formal şəkildə işə götürüb.
Məlumata görə, həmin şəxslərin əsl məqsədi Samvel Karapetyanın tərəfdarlarının aksiyalarına, “Bizim qaydada” təşkilatına və “Güclü Ermənistan” partiyasına cəlb olunması olub.
İttihama əsasən, Alik Aleksanyana qarşı kütləvi tədbirlərdə iştirak üçün maddi maraq yaratma və xüsusilə iri miqyaslı pulların yuyulması maddələri üzrə cinayət işi açılıb.
Bundan əlavə, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan rəhbərlik etdiyi “Ermənistan” blokunun qərargahlarında da axtarışlar aparıldığı bildirilir.
16:55 02.06.2026
Oxunuş sayı: 50