Uqandada Ebola virusuna yoluxma hallarının sayı 15-ə çatıb
Uqandada təsdiqlənmiş Ebola virusuna yoluxma hallarının sayı 15-ə çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, yeni altı xəstənin hamısı əvvəllər diaqnoz qoyulmuş xəstələrlə təmasda olanlardır.
Bu günə qədər iki nəfər sağaldıqdan sonra xəstəxanadan evə buraxılıb, 12 xəstə hələ də xəstəxanadadır və bir nəfər vəfat edib.
19:00 02.06.2026
Oxunuş sayı: 52